Koronavirusdan sağalan 44 pasiyentin əksəriyyəti Əfqanıstandan gətirilən hərbçidir
Koronavirusdan sağalan 44 pasiyentin əksəriyyəti Əfqanıstandan gətirilən hərbçidir

Tbilisi İnfeksiya Xəstəxanasının tibbi direktoru, Marina Ezuqbaiyanın bəyan etdiyinə görə, Gürcüstanda koronavirusdan sağalan 44 pasiyentin əksəriyyəti Əfqanıstandan gətirilən gürcü hərbçiləridir.

“Sağalananların sayı 44 ilə artdı. 1010 idi və indi 1054-dür. 44 sağalananların yarısından çoxu Əfqanıstandan gətirilən hərbçidir. Geridə qalanlar isə, ölkəmizdə virusa yoluxan şəxslərdir”, – Ezuqbaiya bəyan etdi.

11 avqust göstəriciləri ilə, Gürcüstanda koronavirusun 14 yeni halı qeydə alındı, 44 pasiyent sağaldı.

Gürcüstanda bu vaxt üçün koronavirusun 1 264  halı təsdiq olunub. Buradan 1 054 vətəndaş sağalıb.

Bununla yanaşı, xaricdən müalicə üçün Gürcüstanın 41 vətəndaşı gətirilib. Gürcüstanda koronavirus ilə 17 pasiyent vəfat edib. Karantin rejimində 6 930 vətəndaş, stasionarda müşahində altında 263 vətəndaşdır.