Koronavirusa qarşı vaksinin ilk partiyası artıq Gürcüstandadır (foto/video)

Koronavirusa qarşı vaksinin ilk partiyası artıq Gürcüstandadır. Təyyarə Tbilisi Beynəlxalq Aerportuna səhər endi.

UNİCEF-in məlumatına görə, Gürcüstan “kovaks” platforması vasitəsilə AstraZeneca-SKBio (Koreya Respublikası) tərəfindən hazırlanan “AstraZeneca” vaksinin ilk partiyasını aldı – 43 200 doza.

Vaksinin ilk partiyasının Gürcüstana daxil olması ilə bağlı, Xəstəliklərə Nəzarət Milli Mərkəzində mətbuat konfransı keçirildi.

Vaksin bölgələrə bölüşdürüləcək. Vaksinasiyanın başlanılması 15 martdan planlaşdırılıb. İlk öncə tibb işçiləri peyvən ediləcəklər.

Yaxın həftələrdə Gürcüstan “AstraZeneca” vaksinin 129 600 dozasını almalıdır.