Koronavirusa qarşı vaksinasiya barəsində məlumatın alınması üçün qaynar xətt işə düşdü
Koronavirusa qarşı vaksinasiya barəsində məlumatın alınması üçün qaynar xətt işə düşdü

Koronavirusa qarşı vaksinasiya barəsində məlumatın alınması üçün 15 22 nömrəli qaynar xətt işə düşdü.

Bu barədə məlumatı Gürcüstan Səhiyyə Nazirliyi yayır.

Elə onların məlumatına görə, qaynar xəttin məqsədi vaksinasiya arzusunda olanların ehtiyyaclarına təcili münasibətin bildirilməsidir.

İdarədə açıqlayırlar ki, 15 22 nömrəli qaynar xətt şənbə-bazar da daxil olmaqla hər gün, saat 09:00-dan saat 23:00-a qədər işləyir və Gürcüstandan həyata keçirilən zənglər pulsuzdur.

Şərh yaz