Koronavirus Sğaltubo Meriyasının Təmizləmə Xidmətinin əməkdaşında müəyyən edildi, Sğaltuboda epidemiologlar işləyirlər
Koronavirus Sğaltubo Meriyasının Təmizləmə Xidmətinin əməkdaşında müəyyən edildi, Sğaltuboda epidemiologlar işləyirlər

Kutaisidə yeni koronavirusu təsdiq olunan pasiyent, Sğaltubo Meriyasının Təmizləmə Xidmətinin əməkdaşıdır.

Bununla yanaşı, Gürcüstanın Birinci Kanalının jurnalistinin verdiyi məlumata görə, virusa yoluxan pasiyentin ailəsinin üzvlərindən birinin Türkiyəyə səfəri tarixi var.

Bundan başqa, mövcud olan məlumatla, virusa yoluxmuş kişinin “Liberty Bank”-ın kassiri ilə kontaktı var idi. Sğaltubo Meriyasının Təmizləmə Xidmətinin və “Liberty Bank”-ın əməkdaşlarının evə izolasiyaya göndərilməsi istisna deyil.

Sğaltuboda artıq epidemiologlar işləyirlər.