Koronavirus infeksiyasından sağalmış üçüncü pasiyent Tbilisinin Yoluxucu Xəstəliklər Xəstəxanasını tərk edib
Koronavirus infeksiyasından sağalmış üçüncü pasiyent Tbilisinin Yoluxucu Xəstəliklər Xəstəxanasını tərk edib

Koronavirus infeksiyasından sağalmış üçüncü pasiyent Tbilisinin Yoluxucu Xəstəliklər Xəstəxanasını tərk edib.Məlumatı Gürcüstanın Birinci Kanalına Marina Ezuqbaia təsdiqləyib. Onun sözlərinə əsasən,digər sağalmış pasiyentlərdə olduğu kimi,bu pasiyent də iki həftə ərzində özünü təcrid qaydalarına əməl etməlidir. Səhər saatlarında Marina Ezuqbai jurnalistlərə , virusdan sağalmış ikinci pasiyentin dünən xəstəxananı tərk etməsinə dair məlumat vermişdi.Üçüncü pasiyentin isə xəstəxananı axşam saatlarında tərk edəcəyini bildirmişdi. “Cəmdə 3 pasiyent sağalaraq,mərkəzimizdən evə buraxılıb”- deyə Marina Ezuqbaia qeyd edib. Bu günədək Gürcüstanda koronavirus infeksiyasına 54 yoluxma halı qeydə alınıb.