Koronavirus ilə bağlı hazırlanmış hökumət hesabatı Parlamentə bu gün göndəriləcək
Koronavirus ilə bağlı hazırlanmış hökumət hesabatı Parlamentə bu gün göndəriləcək

Gürcüstanın baş naziri, Giorgi Qaxariya bəyan edir ki, koronavirus ilə bağlı hazırlanmış hesabat Parlamentə yazılı şəkildə təqdim olunacaq.

Giorgi Qaxariyanın qeyd etdiyinə görə, yazılı hesabat hazırlanıbdır, Parlamentə bu gün göndəriləcək və hökumətin veb səhifəsinə yüklənəcək.

“Biz Parlamentdə hesabat zamanı bəyan etdik ki, koronavirus ilə bağlı hökumət tərəfindən atılmış konkret addımlar barəsində yazılı hesabatı da təqdim edəcəyik. Bildiyiniz kimi, bu tədbirlər yanvardan başladı və 22 mayda başa çatdı. Biz məhz elə bu dövrün tam hesabatını yazılı şəkildə hazırlamışıq, Parlamentə bu gün göndəriləcək və hökumətin veb səhifəsinə yüklənəcək”, – Qaxariya bəyan etdi.