Koronavirus haqqında virusdan daha tez yayılan şaiələr
Koronavirus haqqında virusdan daha tez yayılan şaiələr

Çində yeni koronavirus sürətlə yayılmağa davam edir, ancaq virus haqqındaki şaiələr daha böyük sürətlə yayılır.

“Alternativ teoriyalar” deyirlər ki, virus duzlu su ilə və yaxud xüsusi çay ilə müalicə olunur və güya virus “Aliekspresin” əmanətləri ilə yayılır.

BBC koronavirus haqqında yayılan bütün populyar şailərı toplayıb.

1. Virus bananla yayılır.

Rusiyada, Kazaxstanda, Belarusda və Ukraynada, sosiyal şəbəkələrdə yeni şaiə yayılıb ki, güya koronavirus bananla və digər meyvələrlə gəlir.

Halbuki, mütəxəssislər deyirlər ki, virus insan və yaxud heyvan orqanizmindən başqa bir yerdə qalmır.

2. “Aliekspresin” əmanətləri.

Sosiyal şəbəkə istifadəçilərinin bir hissəsi bəyan edir ki, güya virus Çindən gələn mallarla yayılır.

Bu şaiələrin yayılmasından sonra, “Aliekspres” bəyanat yaymaq zorunda qaldı ki, göndərilmədən öncə mallar sanitar yoxlanışdan keçirilir. Bu haqda sosiyal şəbəkədə zarafatlar və komik şəkillər də yayılmağa başladı.

Ekspertlər isə, bəyan edirlər ki, mallarla və əşyalarla virusa yoluxulmur, çünki malların adresatına çatmasına qədər günlər keçir, virus isə, sadəcə insan orqanizmində uzun sürə qala bilir.

3. Alkohol

Sosiyal şəbəkələrin istifadəçiləri yazırlar ki, koronavirusdan qorunmaq üçün 250 qram vodka və yaxud konyak içilməlidir.

Bu zarafatla yazılan məlumatı internet istifadəçiləri cidiyə aldılar. Hətta Uxan sakinləri virusdan qorunmaq məqsədi ilə böyük miqdarda alkohol içməyə başladılar.

Amerikalı internet istifadəçilər isə, yazırlar ki, virusu marixuana ilə “məğlub edirlər”.

Ekspertlər isə, deyirlər ki, alkohol insanın imun sistemini zəyiflədir və virusdan qorunum dərkən, insan tam tərsinə, virusa daha asan yoluxa bilər.

Mütəxəssislər deyirlər ki, virusdan qorunmanın tək yolu higienanın qorunması, əllərin tez-tez yuyulmasısdır.

4. Duzlu su

​Bu versiyanın müəllifləri Quançjou tibb institutunda işləyən məşhur çinli pulmoloqun dediklərinə istinad edirlər. Halbuki, öz müsahibəsində pulmoloq higienanın qorunmasından və hətta əllərin duzlu su ilə yuyulmasından bəhs edirdi.

Sosiyal şəbəkələrdə isə, bu şərh “alternativ teoriya” kimi yayıldı.

Əslində isə, virus hava ilə yayılmaqdan daha çox, gözlə yayılır və əllərini yumadan gözlərinə toxunmaq qətiyyən olmaz.

5. Güya virusu yarasa yayıb.

Avropanın sosiyal şəbəkəlində məlumat yayılır ki, güya gənc qadın yarasa supunu yedikdən sonra virusa yoluxub. Bu məlumatla bərabər göstərilən video isə, illər öncə çəkilib və xalqa yeniymiş kimi göstərilir.

Video Uxan şəhərində belə çəkilməyib. Uxanda yarasayı delikates olaraq, yemirlər.

Video Palau Respublikasında çəkilib.

Yarasaları Vyetnamda və Laosda yeyirlər.