Koordinasiya Şurası vətəndaşlara müraciət edir ki, Tbilisidə, Kutaisidə və Batumidə, açıq ictimai yerlərdə də tibbi maska taxsınlar
Koordinasiya Şurası vətəndaşlara müraciət edir ki, Tbilisidə, Kutaisidə və Batumidə, açıq ictimai yerlərdə də tibbi maska taxsınlar

Koordinasiya Şurası vətəndaşlara müraciət edir ki, Tbilisidə, Kutaisidə və Batumidə, açıq yerlərdə də tibbi maska taxsınlar, – bu barədə bəyanatı Gürcüstan iqtidar administrasiyasının rəhbəri Natia Mezvrişvili koordinasiya şurasının iclası başa çatdıqdan sonra verdi.

“Sərt rekomendasiyadır ki, üç şəhərdə, Tbilisi, Kutaisi və Batumidə, xüsusi ilə də sosiyal məsafənin qorunması vacib olan açıq yerlərdə də tibbi maskalar taxılsın.

Tibbi maskaların taxılması müvafiq xidmət tərəfindən nəzarət ediləcək. Xahiş edirik, bugündən etibarən, sosiyal məsafənin qorunması gərəkdiyi açıq məkanlarda da tibbi maska taxın. Misal üçün avtobus və taksi duracaqlarında, harda çox insan yığılır.

Xahiş edirik, bu rekomendasiyayı nəzərə alın ki, açıq yerlərdə daha sərt məhdudiyyətlər olmasın” – dedi Natia Mezvrişvili.