Konsulluq Departamentinin Direktoru - Avropa İttifaqında Gürcüstan vətəndaşları tərəfindən törədilən kriminalın artan statistikası barədə məlumat Rusiya təbliğatının nəticəsidir
Konsulluq Departamentinin Direktoru - Avropa İttifaqında Gürcüstan vətəndaşları tərəfindən törədilən kriminalın artan statistikası barədə məlumat Rusiya təbliğatının nəticəsidir

Avropa İttifaqı ölkələrində Gürcüstan vətəndaşları tərəfindən törədilən kriminalın artan statistikası barədə məlumat Rusiya təbliğatının nəticəsidir, – bu bəyanatı Xarici İşlər Nazirliyinin Konsulluq Departamentinin direktoru Giorgi Tabatadze Batuminin Şota Rustaveli adına Dövlət Universitetində, Avropaya vizasız səyahət haqqında informasiya kampaniyası çərçivəsində keçirilən görüşdə verdi.

İnformasiya kampaniyası Gürcüstanın Xarici İşlər Nazirliyi və NATO və Avropa İttifaqı haqqında informasiya mərkəzinin təşkilatçılığı ilə keçirilir.

Kampaniyanın üçüncü fazası 2018-ci ilin mart ayından başladı.

Keçən il kampaniya çərçivəsində müxtəlif regionlarda 160 görüş keçirildi.