Konstitusiya məhkəməsi kişi ilə cinsi əlaqəsi olan kişilərin qan verə bilməməsi ilə bağlı normayı qeyri-konstitusiyonal hesab etdi
Konstitusiya məhkəməsi kişi ilə cinsi əlaqəsi olan kişilərin qan verə bilməməsi ilə bağlı normayı qeyri-konstitusiyonal hesab etdi

Konstitusiya məhkəməsi kişi ilə cinsi əlaqəsi olan kişilərin 10 ilə ərzində, qan verə bilməməsi ilə bağlı normayı qeyri-konstitusiyonal hesab etdi.

Bununla bağlı şikayət Konstitusiya Məhkəməsində, Səhiyyə Nazirliyinə qarşı Qoça Qabodze və Levan Berianidze tərəfindən daxil edilib.

Şikayətçilər hesab edirlər ki, qeyd olunan norma diskriminasiyalıdır, çünki bütün digər hallarda, donasiya haqqı sadəcə riskli hərəkətdən sonra 12 ay ərzində qadağan edilirdi.

Cavab verən tərəfin mövqeyi isə, odur ki, kişi ilə cinsi əlaqəsi olan kişilərin qan vasitəsi ilə infeksiyalara yoluxma riski çox yüksəkdir və belə şəxslərin qan vermək haqqı daha uzun müddət ilə məhdudlaşdırılmalıdır.

Konstitusiya məhkəməsi isə, 2014-cü ildə verilən qərara istinad etdi, harda bilidirilir ki, qanın tibbi yoxlanışı qan verənin infeksiya risklərini istina edə bilmir, çünki inkubasiya dönəmidə, virusun aşkarlanması mümkün deyil. Ona görə də, yeni qərarla məhkəmə bildirib ki, 10 il inkubasiya dönəmindən çox artıqdır və bu qədər müddətlə qan donorlarının haqqını məhdudlaşdırmaq məqbul deyil.

Qeyd olunan normanın qüvvədən çıxardılması ilə bağlı qərar 2020-ci ilin martın 31-nə qədər təxirə salındı.