Konqressmen Markueyn Malin - gürcü xalqının güclü demokratiya üçün mübarizəsini dəstəkləyirəm
Konqressmen Markueyn Malin - gürcü xalqının güclü demokratiya üçün mübarizəsini dəstəkləyirəm

ABŞ Konqressinin respublikaçı üzvü, Markueyn Malin Gürcüstan Parlamenti tərəfindən konstitusiya dəyişikliklərini təsdiq etdiyinə əks səda verdi.

“Sevinirik ki, Gürcüstan Parlamenti daha proporsional seçkilər üçün konstitusiya dəyişikliklərini təsdiq etdi. Bu, həqiqi demokratiyaya çevrilmək üçün böyük addımdır, lakin görüləsi işlər çoxdur. Mən gürcü xalqının güclü demokratiya üçün mübarizəsini dəstəkləyirəm”, – konqressmen “tvitter” mikrobloqunda yazır.

117 səslə Parlament seçki sistemi barəsində konstitusiya dəyişikliklərini ilk dinləmə ilə qəbul etdi. Dəyişiklikləri üç deputat – Bidzina Qeqidze, Kaxa Okriaşvili və Aleksandre Erkvaniya dəstəkləmədi.

Bu günki səsvermədə “Avropa Gürcüstanı” və “Milli Hərəkat” iştirak etmədi.

Konstitusiya layihəsini nəzərə alaraq, 2020-ci il Parlament seçkiləri qarışıq sistemi ilə keçiriləcək. Parlamentə 120 üzv proporsional və 30 üzv majoritar seçki sistemi ilə seçiləcək.

Şərh yaz