Kommersiya banklarından vətəndaşlar üçün borcun verilməsinə məhdudiyyətlər bu gündən qüvvəyə minəcək
Kommersiya banklarından vətəndaşlar üçün borcun verilməsinə məhdudiyyətlər bu gündən qüvvəyə minəcək

İstifadəçilərin maraqlarının və kommersiya banklarında sağlam kredit portfelinə imkanların yaradılması məqsədləri üçün, Gürcüstan Milli Bankının prezidentinin əmri ilə, “kommerisya banklarında kreditlərin konsetrasiyası və risklər barəsində nizamnaməyə” dəyişikliklər daxil edildi, – bu barədə məlumatı Gürcüstan Milli Bankı yayır.

Milli Bankın məlumatına görə, dəyişiklərlə 2018-ci il mayın 7-dən ödəmə qabiliyyətinin tam analizi olmadan banklara vətəndaşlara borcun verilməsi məhdudlaşdırılacaq. Daha dəqiq, bənzər borcların ümumi məbləği kommersiya banklarının nəzarət kapitalının 25 faizini keçməməlidir.

“Gəlirin sübut edən sənədsiz pərakəndə borcların verilməsi motivləşdirmənin azaldılması bank bölməsində, kredit standartlarının yaxşılaşdırılmasına imkan yaradacaq”, – Milli Bankda bəyan edirlər.

Milli Bankdan Birinci Kanala bəyan etdiklərinə görə, dəyişikliklər yalnız kommersiya banklarına aiddir. Lakin bu istiqamət üzrə işlər davam etdiriləcək və bənzər tipli tənzimləmələr gələcəkdə başqa maliyyə institutlarına da aid olacaq.