Kiyevdə dönərdən 70 nəfər zəhərləndi
Kiyevdə dönərdən 70 nəfər zəhərləndi

Kiyevdə dönərdən 70 nəfər zəhərləndi. Onlar arasında onu uşaqdır. Zəhərlənənləri xəstəxanaya apardılar.

Medianın məlumatına görə, Kiyev polisi kütləvi zəhərlənmə faktı ilə bağlı istintaq aparır.

Bundan başqa polis Kiyev meri, Vitali Kliçkoya yazılı şəkildə müraciət etdi ki, dönərlərin satışı baş verdiyi yerlərin yoxlanılması üçün xüsusi komissiya yaradılsın.