Kiprdə prezident seçkiləri keçirilir
Kiprdə prezident seçkiləri keçirilir

Bu gün Kiprdə prezident seçkiləri keçirilir.

Yerli vaxtla saat 07.00-da seçki məntəqələri açılıb.

Prezident seçkilərinin ilk turunda qalib gəlmək üçün namizədin 50 faizdən çox səs toplaması lazımdır. Əks halda prezident seçkilərinin ikinci turu keçiriləcək. İkinci turda ilk turda ən çox səs toplamış iki namizəd yarışacaq və ən çox səs toplayan namizəd prezident seçiləcək.

Cənubi Kiprdə prezident seçkilərində 9 namizəd iştirak edir. Prezident postuna əsas iddialılar hazırkı prezident Nikos Anastasiadis,  Kipr Xalq Əmək İnkişaf Partiyasının namizədi Stavros Malas və Demokrat Partiyasının lideri Nikolas Papadopulos sayılır.

Seçki məntəqələri saat 18.00-da bağlanacaq