Xüsusi çarter reysi ilə Almaniyaya 125 tələbə yola düşdü
Xüsusi çarter reysi ilə Almaniyaya 125 tələbə yola düşdü

Bu gün Almaniyanın Berlin şəhərinə subsidiyalaşdırılmış xüsusi çarter reysi yerinə yetirildi.

Gürcüstan İqtisadiyyat Nazirliyinin məlumatına görə, bu günki reys ilə, Almaniyada müvəqqəti işlə təmin olunma müqaviləsi olan ali və peşəkar məktəbin 125 tələbəsi yollandı.

Elə onların məlumatına görə, xüsusi çarter reysini Gürcüstanın baş nazirinin tapşırığı ilə İqtisadiyyat və Xarici İşlər Nazirlikləri təmin etdilər.

Gənclərlə iş üzrə Agentliyin rəhbəri, Revaz Çarkviani bu gün Tbilisi Beynəlxalq Aeroportunda tələbələri yola saldı. Xüsusi çarter reysini “Georgian Ariways” yerinə yetirdi.