Xüsusi əməliyyat zamanı həbs edilən şəxsə 10-dan 17-yə qədər həbs cəzası verilə bilər
Xüsusi əməliyyat zamanı həbs edilən şəxsə 10-dan 17-yə qədər həbs cəzası verilə bilər

Dünən Tbilisidə, Qabriel Salosi küçəsində həyata keçirilən xüsusi əməliyyat zamanı həbs edilən şəxsə 10-dan 17-yə qədər həbs cəzası verilə bilər.

Baş prokurorluğun bəyan etdiyinə görə, xüsusi əməliyyat zamanı həbs edilən şəxs, xarici ölkənin terorist təşkilatında fəaliyyət göstərməklə və terorist təşkilatı üçün qeyri-qanuni silah saxlayıb, alıb satmaqla ittiham edilir.

Prokurorluğun bəyanatına görə, qeyd olunan məsələ ilə bağlı detallı məlumat sabah bildiriləcək.

Dövlət Təhlükəsizliyi Xidmətinin kontr-terorist departamentinin həyata keçirdiyi xüsusi əməliyyat nəticəsində, kriminalların biri həbs edildi, ikisi isə likvidasiya edildi.