Xorava küçəsində qətl işi üzrə yaxalanana ittiham irəli sürüldü
Xorava küçəsində qətl işi üzrə yaxalanana ittiham irəli sürüldü

Tbilisidə, Xorava küçəsində qətl işi üzrə yaxalanan həddi büluğa çatmayana ittihamı bu gün irəli sürdülər.

Bu haqqda Birinci Kanala vəkil Ana Şeşelaşvili bildirdi. Onun məlumatına görə, yaxalananın ailəsi vəkili dəyişdi.

“Yaxalananın ailəsi vəkili dəyişdi. Müstəndiqlə əlaqə saxladım. O, mənə bildirdi ki, işə başqa razılaşdırılmış vəkil qoşulub və ittihamı onunla birləkdə irəli sürdük”, – vəkil bəyan etdi.

 

DİN-nin məlumatına görə, Tbilisidə, Xorava küçəsində dekabrın birində, həddi büluğa çatmayanlar arasında dalaş baş verdi. İlkin məlumata görə, mübahisə zamanı, soyuq silahla 2001-ci il doğumlu D.S. və 2001-ci il doğumlu L.D. yaralandı.

Yaralanan gənclərdən biri, xəstəxanaya çatdırılana qədər dünyasını dəyişdi.

Keçirilmiş operativ-axtarış və istintaq tədbirləri nəticəsində, 2001-ci il doğumlu Q.B-nı qəsdən qətl ittham ilə yaxaladı. Güman edilən cinayətkar müəyyən edilibdir və onun yaxalanması üçün operativ-axtarış və istintaq tədbirləri həyata keçirilir

İstintaq, qəsdən qətl faktı üzrə həyata keçirilir (GCM-nin 109-cu maddəsi).
Şərh yaz