Xorava küçəsində qətl işi üzrə Apellyasiya Məhkəməsi hökmü bu gün bəyan edəcək
Xorava küçəsində qətl işi üzrə Apellyasiya Məhkəməsi hökmü bu gün bəyan edəcək

Tbilisidə, Xorava küçəsində qətl işi üzrə hökm bu gün bəyan ediləcək. Apellyasiya Məhkəməsinin hakimlər kollegiyası qərarı saat 12:00-da bəyan edəcək. İclasdan sonra, jurnalistlər üçün brifinq keçiriləcək.

Müttəhim Q.B.-nın vəkili, Ramaz Çinçaladzenin bəyan etdiyinə görə, məhkəmənin nə qədər ədalətli, obyektiv və prinsipial olduğu bu gün görünəcək.

“Bu gün, sözsüz ki, tələblərimizin təmin olunmasını gözləyirik. İttiham tərəfinin arqumentlərini dinləyən hər kəs əmin olacaq ki, həqiqət biz tərəfdədir”, – vəkil bəyan etdi.

Bu iş üzrə, ikinci instansiyada necə prokurorluq, eləcə də müdafiə tərəfi dava aparır.

Şəhər Məhkəməsi hökmü keçən il çıxardı.