Xilas edicilər Candar gölündə itən vətəndaşların cəsədlərini tapdılar
Xilas edicilər Candar gölündə itən vətəndaşların cəsədlərini tapdılar

Xilas edicilər Candar gölündə itən vətəndaşların cəsədlərini tapdılar, – bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayır.

Nazirliyin məlumatına görə, Candar gölündə itən iki vətəndaşın axtarış prosesi üç gün davam edirdi.

Gölün içi ilə bərabər, Azərbaycan ərazisinə qədər bütün ətraf ərazi də yoxlanıldı.

İki vətəndaşın itməsi ilə bağlı məlumat “112” patrul xidmətinə dekabrın 2-də verildi.

Gürcüstanın Fövqəladə Hallar İdarəsi Xidməti göldə həlak olan vətəndaşların ailələrinə baş sağlığı diləyir” – deyilir Daxili İşlər Nazirliyinin məlumatında.