Xəstəliklər Nəzarətinin Milli Mərkəzi yay fəsli ilə bağlı əhaliyə tövsiyyələr verir
Xəstəliklər Nəzarətinin Milli Mərkəzi yay fəsli ilə bağlı əhaliyə tövsiyyələr verir

Xəstəliklər Nəzarətinin Milli Mərkəzi yay fəsli ilə bağlı əhaliyə tövsiyyələr verir.

Mərkəzin rəhbəri Amiran Qamkrelidzenin bəyan etdiyinə görə, keçən ilin yay fəsli ilə müqayisədə, bu ilki hava temperaturu bir qradus ilə artıq olacaq və günəş yanmaları halları və digər infeksiya xəstəlikləri bu il daha tez-tez baş verə bilər.

“Gün ərzində insanlar, xüsusi ilə də diabet və ürək-damar xəstəlikləri olanlar, qapalı binalarda, günəşdən uzaq olsalar yaxşıdır, evdə və digər qapalı məkanlarda hava temperaturu 22-dən 28-dərəcəyə qədər olmalıdır” – dedi Amiran Qamkrelizde.

Onun dediyinə görə, infeksiya xəstəlikləri daha çox ağca qanadlar və digər həşaratlar vasitəsi ilə yoluxa bilər.

“Həmçinin, riskli olduğunu düşündüyümüz nə nədən hazırlandığını bilmədiyimiz qida məhsullarına da diqqət etməliyik, çünki diareya təhlükəsi mövcuddur” – dedi Qamkrelidze.

Ətraf Mühitin Qorunması Agentliyinin proqnozuna görə, Qərb Gürcüstanda hava temperaturu 41 dərəcə olacaq. Şərq Gürcüstanda isə, 37-39 dərəcə.