Xatiya Moisrapişvili - prezident hesab edir ki, əfv etmə qaydası sərtləşdirilməlidir
Xatiya Moisrapişvili - prezident hesab edir ki, əfv etmə qaydası sərtləşdirilməlidir

Baxmayaraq ki, Əfv Komissiyası hansı forma ilə mövcud olacaq, yekun qərarı prezident qəbul edəcək, – bu barədə prezidentin mətbuat katibi, Xatiya Moisrapişvili bəyan etdi.

Onun dediyinə görə, bu barədə prezident martın 6-da, Parlamentdə nitqlə çıxış edərkən söhbət edəcək.

“Əfv aktı prezident üçün konstitusional hüququnu təşkil edir. Salome Zurabişvili əfv etmənin yeni qaydasının işlənib hazırlanmasını və komissiyanın komplektləşdirilməsini xüsusi olaraq əhəmiyyətli məsələ hesab edir”, – Xatiya Moisrapişvili bəyan etdi.

Onun bəyan etdiyinə görə, komissiya üzvləri peşəkar kadrlardan komplektləşdirlməlidir.

“Prezident yol verməz ki, əfv məsələsi nə vaxtsa kimsə tərəfindən təziq mövzusu olsun. Əgər bunun əlamətləri büruzə versə, bu cür məsələ müzakirə olunmayacaq. Prezident hesab edir ki, əfv etmə qaydası sərtləşdirilməlidir”, – Moisrapişvili bəyan etdi.

Elə onun dediyinə görə, əfv qaydası o cür olmalıdır ki, komissiyaya qarşı ictimaiyyətin etimadı artsın.