Xatiya Dekanoidze - müxalifətin birliyi pozulmayacaq, çünki hamımız bir platformadayıq
Xatiya Dekanoidze - müxalifətin birliyi pozulmayacaq, çünki hamımız bir platformadayıq

Düşünmürəm ki, müxalifətin birliyi pozulsun, çünki hamımız bir platformadayıq, bu isə, onu nəzərdə tutur ki, bu Parlament legitim deyil, – bu barədə “Milli Hərəkatın” üzvü, Xatiya Dekanoidze bəyan etdi.

Onun dediyinə görə, heç bir müxalifətçi mandatdan istifadə etməyəcək.

“Bu dəqiqə, heç bir müxalif partiyanın lideri və heç bir partiya düşünmür ki, seçkilər nəticəsində saxtalaşdırılmış, qeyri legitim olan bu Parlament, Gürcüstan əhalisinin maraqlarını təmsil edir. Əminəm ki, hamımız bu mövqedə birlikdəyik. Mən mandatdan istifadə etməyəcəm və əminəm ki, mənim dostlarımın böyük əksəriyyəti, demək olar hamısı və heç bir partiya bu mandatdan yeni seçkilər təyin olunmadısa, istifadə edəcək”, – Xatiya Dekanoidze bəyan etdi.