Xaşuri xəstəxanasında doğum zamanı ölən qadının yaxınları həkimləri təqsirləndirirlər
Xaşuri xəstəxanasında doğum zamanı ölən qadının yaxınları həkimləri təqsirləndirirlər

Xaşuri xəstəxanasında doğum edərkən vəfat edən 40 yaşlı qadının yaxınları onun ölümündə həkimləri suçlayırlar.

Xaşuri rayonunun Şindara məhəlləsində yaşayan Kurtanidze ailəsi, qadının ölüm səbəbi olaraq,  keisar əməliyyatının vaxtına edilməməsini bilirlər.

Baş verən hadisə ilə bağlı Birinci Kanala Xaşuri Xəstəxanasının rəhbəri Kaxa Xeladze şərh verdi.

“Doğum keysar əməliyyatı ilə olmalı idi.  Keysar əməliyyatı zamanı hərhansı bir problem yaranmayıb. Uşaq çətinliksiz doğulub. Əməliyyatdan biraz sonra, nədənsə ananın qəlbi dayandı və onu xilas etmək mümkün olmadı” – dedi xəstəxananın baş həkimi Kaxa Xeladze.

Kaxa Xeladzenin bəyanatına görə, qadının cəsədi ekspertizaya aparılıb.

Xəstəxana rəhbərinin dediyinə görə, hadisə ilə bağlı istintaqı necə hüquqmühafizəçilər, eləcə də, Səhiyyə Nazirliyinin nümayəndələri keçirirlər.