Xarici Medya - Yeni Zelandiyada terakt zamanı istifadə edilən silahın üstündə Osmanlı İmperiyasına qarşı mübarizə aparanların adları yazılıb
Xarici Medya - Yeni Zelandiyada terakt zamanı istifadə edilən silahın üstündə Osmanlı İmperiyasına qarşı mübarizə aparanların adları yazılıb

Yeni Zelandiyada terakt zamanı istifadə edilən silahların üstündə Osmanlı İmperiyasına qarşı mübarizə aparan hərbi şəxslərin adları yazılıb.

Teroristin silahının üstündə David Soslani və David Ağmaşenebelidən başqa, rus hərbi-dənizçi, general-adyutant Dimitri Senyavinin adı yazılıb, hansı ki, 1806-1812-cu illərdə Rusiya-Türkiyə müharibəsində Dardanel və Aton döyüşlərində Osmanlı flotunu məğlub edib.

Silahların üzərində həmçinin Rumıniya şahzadəsi Şerban Kantakuzinin adı var, hansı ki, 17-ci əsrdə, Osmanlı İmperiyası tərəfindən mübarizə aparırdı, ancaq paralel olaraq da casus idi və Türkiyənin planlarını gizlicə Avstriyalı müttəfiqlərinə bildirirdi.

Həmçinin, 19-cu əsrdə Serbiyayı Osmanlı İmperiyasından azad etmək üçün mübarizə aparan Marko Milyanovun adı da var.

Teroristin yazdığı uzun siyahıda, Britaniyalı Edvard Kodrinqton, Serbiyalı Stefan Lazareviç, Venesiyalı Marko Antonio Braqadin, Albaniyalı Giorgi Arianit, İtaliyalı Mark Antonio Kolona, Venesiyalı Sebastian Vener kimi hərbi şəxslərin adları var, hansılar ki, bir zamanlar Osmanlı İmperiyasına qarşı aparılan mübarizələrdə qalib olmuşdular.

Siyahıda “Pelaio” yazısı var. Bu isə, Asturiya krallığının ilk kralıdır, hansı ki,  Rekonkista mübarizəsini (İberiya yarım adasında xristiyan torpaqlarının qaytarılması üçün aparılan mübarizə) başlamışdı. O, həmçinin, İberiya yarım adasında Mavrların hegemoniyasına qarşı müstəqil xristian dövləti yaratmışdı.

“Rotterheim üçün” – yazısı isə, Britaniyada yaşayan Pakistanlı müsəlmanlar tərəfindən yeni-yetmə qızlara qarşı törədilən cinsi zorakılıqla bağlıdır.

Bunların arasında, 2017-ci ildə Kvebekdə məscidə hücum edən Aleksandr Bisonetin adı var, hansı ki, atəş edərək, altı nəfəri öldürmüşdü.

“Alın sizin miqrasiya kompaktınız” – bu yazı isə, BMT tərəfindən təqdim edilən kompakta aiddir, hansı ki, miqrasiyaya qarşı diskriminasiya ilə mübarizəyi əks etdirirdi.

Silahın üstündə “Tur 732” oxunur, hansı ki, franklar və ərəblər arasında baş verən Puatye döyüşünə aiddir. Həmin mübarizə frankların qələbəsi ilə başa çatmışdı.

Həmçinin, silahların üzərindəki “14 söz” yazısı, ağ dərililəri üstün tutan bir sloqandır, hansı ki, Hitlerin “Mənim mübarizəm” kitabından götürülüb.

Yeni Zelandiyanın Kraistçerç şəhərinin iki məscidinə dünən edilən hücum nəticəsində 49 nəfər həyatını itirdi.

Hadisədən biraz sonra polis dörd nəfəri həbs etdi.