Xarici İşlər Nazirliyi - Rusiya tərəfinə müraciət edirik ki, yanlış məlumat yaymaqdan baş qaçırdsınlar
Xarici İşlər Nazirliyi - Rusiya tərəfinə müraciət edirik ki, yanlış məlumat yaymaqdan baş qaçırdsınlar

“Rusiya tərəfinə müraciət edirik ki, yanlış məlumat yaymaqdan baş qaçırdsınlar və öz mövqelərini bunun üçün müvafiq yer olan – Cenevrə danışıqlarınrda bildirsinlər, harda gürcü tərəfindən bütün gərəkən suallara müvafiq cavablar veriləcək” – bu bəyanatı Gürcüstanın Xarici İşlər Nazirliyi noyabrın 27-də, Zurab Abaşidze və Qriqori Karasinin onlayn görüşü ilə bağlı verdi.

Xarici İşlər Nazirliyində bəyan edirlər ki, görüşdə COVİD-19 vaksinası və 2019-cu ilin iyun ayında baş verən hadisələr müzakirə olunmayıb.

Nazirlik qeyd edir ki, Gürcüstanın baş nazirinin xüsusi nümayəndəsi, Zurab Abaşidzenin Rusiyanın federal toplantı şurasının üzvü Qriqori Karasinin görüş formatı qeyri-formaldır və onda sadəcə iqtisadi və humanitar məsələlər müzakirə olunur.

“Görüşüşün başlanğıcında tərəflər aktual mövzularla bağlı öz fikirlərini bildirdilər, ancaq qeyd olunan məsələlərin müzakirəsi aparılmayıb.

Təəsüf ki, Rusiya Xarici İşlər Nazirliyi mətbuat üçün yanlış məlumat yayır, hansı ki, keçirilən görüşün məzmununu əks etdirmir.

Bu Rusiya tərəfindən yanlış məlumat yayılmasının ilk halı deyil.

Siyasi mövzulara və işğal edilmiş ərazilərdəki vəziyyətə gəlincə isə, bu məsələlər Cenevrə Beynəlxalq danışıqlarında müzakirə olunur, hansı ki, Avropa İttifaqının, BMT-həmsədrliyi ilə, vacib məsələlər müzakiər olunur”- deyilir Nazirliyin bəyanatında.

Həmçinin, nazirliyin bəyanatına görə, danışıqların növbəti raundu dekabrın 10-11 üçün planlaşdırılıb.