Xarici İşlər Nazirliyi Gürcüstanın hava yollarından hərbi yüklərin keçirilməsi ilə bağlı yayılan məlumatı spekulyasiya adlandırır
Xarici İşlər Nazirliyi Gürcüstanın hava yollarından hərbi yüklərin keçirilməsi ilə bağlı yayılan məlumatı spekulyasiya adlandırır

Xarici İşlər Nazirliyi Gürcüstanın hava məkanından hərbi yüklərin keçirilməsi ilə bağlı yayılan məlumatı spekulyasiya adlandırır.

Bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

“Son aylar ərzində, medyada, təəssüf ki, Gürcüstanın hava yolları ilə hərbi yükün daşınması ilə bağlı spekulyasiyalar davam edir.

Bildirmək istəyirik ki, Gürcüstan hava yolları hərbi yükün daşınması üçün bağlıdır və bu haqda dəfələrlə bəyanat yaydıq.

Mülki və humanitar reyslərə gəlincə isə, Gürcüstan beynəlxalq öhdəliklərini yerinə yetirir. Bununla yanaşı, bildirmək istəyirik ki, mülki və humanitar reyslər üçün xüsusi icazə tələb olunmur.

“Beynəlxalq hava tranzitlərinin təhlükəsizliyi və mülki avia-reyslərin başqa məqsədlərlə istifadə edilməsindən baş qaçırdmaq məqsədi ilə, bütün tərəflərə müraciət edirəm ki, humanitar yükü göndərən və qəbul edən ölkələr qeyd olunan tranzitləri kontrol etsinlər.

İlk növbədə tranzit edən ölkələrin məsuliyyətidir ki, mülki avia-reyslər Çikaqo Konvensiyası prinsiplərinə və standartlarına müvafiq şəkildə həyata keçirilsin.

Qanun pozuntularının aşkarlandlğı anda, Gürcüstan sərt reaksiya göstərəcək və pozanlar beynəlxalq hüquqla məsuliyyətə cəlb olunacaqlar” – deyilir bəyanatda.