Xarici İşlər Nazirliyi beynəlxalq İctimaiyyətə müraciət edir ki, işğal xəttində baş verən hadisələrə gərəkli reaksiya verilsin
Xarici İşlər Nazirliyi beynəlxalq İctimaiyyətə müraciət edir ki, işğal xəttində baş verən hadisələrə gərəkli reaksiya verilsin

Gürcüstanın Xarici İşlər Naziri Gürcüstan iqtidarı tərəfindən nəzarət edilən Çorçana kəndinin yanında, işğal xəttində baş verən hadisələrlə bağlı bəyanat yayır.

Bəyanatda deyilir ki, Xarici İşlər Nazirliyi Gürcüstan iqtidarı tərəfindən nəzarət edilən ərazidə işğal qüvvələri təərfindən hərbi texnikanın mobilizasiyasına görə böyük narahatçılığını bildirir.

İdarənin bəyanatına görə, belə destruktiv hərəkət və işğalçı rejimin de-fakto rəhbərinin qeyri-məqbul bəyanatları növbəti provokasiyadır, hansının məqsədi onsuzda gərgin vəziyyətin daha çox destabilizasiyasıdır.

Xarici İşlər Nazirliyi Rusiya Federasiyasına müraciət edir ki, belə qanunsuz hərəkətləri dayandırsın və 2008-ci ilin avqustun 12-də üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsin və Gürcüstanın ərazi bütövlüyünə hörmət etsin.

Xarici İşlər Nazirliyi beynəlxalq ictimaiyyətə də müraciət edir ki, işğal xəttində baş verən qanunsuz hərəkətlərə gərəkli reaksiya versin və müvafiq tədbirlər görsün.