Ketevan Tsixelaşvili-Tsxinvalidən gündəlik olaraq müxtəlif növ təxribat xarakterli bəyanatlar eşidilir,bu isə dezinformasiyadır
Ketevan Tsixelaşvili-Tsxinvalidən gündəlik olaraq müxtəlif növ təxribat xarakterli bəyanatlar eşidilir,bu isə dezinformasiyadır

 

 

 

Uzlaşma və Vətəndaş Bərabərliyi Məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili bildirir ki, Tsxinvalidən gündəlik olaraq müxtəlif növ təxribat xarakterli bəyanatlar eşidilir,bu isə dezinformasiyadır.

“Fakt budur ki, bütün dünya pandemiya   ilə mübarizə aparır, bu əsas çağırışdır və bu böhran fonunda, bu böhrandan istifadə edərək Rusiya Federasiyası   qanunsuz əməlləri  davam etdirir.

Bununla yanaşı , Tsxinvalidən gündəlik olaraq müxtəlif növ təxribat xarakterli bəyanatlar eşidilir,bu isə dezinformasiyadır.

Luqar laboratoriyasına hücumlar kampaniya xarakteri alıb.Bütün bunlar olduqca narahatlıq doğurucudur,dezinformasiya kampaniyası,Luqara hücumlar,borderizasiya və bununla birlikdə sərt və təxribat xarakterli bəyanatlar ,onlar   beynəlxalq tərəfdaşlığı və AB Müşahidəçilik Missiyasını ittiham edirlər ,əksinə özləri işğal xəttinin o biri tərəfinə onların daxil olmasına imkan vermirlər.

Bütün bunlar  gərginlik yaratmağa  xidmət edir. Aydın məsələdir ki, bu həm də işğal xətti boyunca və bütövlükdə ölkədə yaşayan insanlara təzyiqdir. Bəlkə də bu,   böhrandan öz qanunsuz maraqlarını həyata keçirmək üçün istifadə etməyə  cəhddir. Rusiya Federasiyası özü yaratmasada ,  mövcud böhranlardan istifadə edir.   Eşidilməmiş bir haldır ki, belə bir böhran zamanında   , bütün dünyanın  birlikdə olması gərəkən halda belə , Rusiya Federasiyası bu cür hərəkətləri davam etdirir”-deyə K.Tsixelaşvili bildirir.

Hazırladı-Sevinc Mustafayeva