Ketevan Tsixelaşvili - Strasburq Məhkəməsinin qərarı Gürcüstan vətəndaşlarının qələbəsidir
Ketevan Tsixelaşvili - Strasburq Məhkəməsinin qərarı Gürcüstan vətəndaşlarının qələbəsidir

Bu, Gürcüstan vətəndaşlarının qələbəsidir, – Ketevan Tsixelaşvili Rusiyanın, Gürcüstanın 1 500 vətəndaşına təzminat şəklində 10 milyon avronun ödənilməsi barəsində Strasburq Məhkəməsinin qərarını bu cür dəyərləndirir.

“Biz, gözləyirdik ki, ədalətli qərar olacaq. Bu, Gürcüstan vətəndaşlarının qələbəsidir. Strasburq Məhkəməsi müəyyən etdi ki, Rusiya Gürcüstan vətəndaşlarına təzminat şəklində 10 milyon avro ödəməlidir”, – Tsixelaşvili bəyan etdi.

Dövlət nazirinin dediyinə görə, qeyd olunan qərarın böyük əhəmiyyəti var.