Ketevan Tsixelaşvili - Ququtiankari kəndində hazırda işğalçılar tərəfindən əlavə işlər həyata keçirilmir
Ketevan Tsixelaşvili - Ququtiankari kəndində hazırda işğalçılar tərəfindən əlavə işlər həyata keçirilmir

Qori munisipalitetinin Ququtiankari kəndində hazırda rus işğalçıları tərəfindən əlavə işlər həyata keçirilmir, – bu barədə Barış və Mülki Bərabərlik məsələləri üzrə dövlət naziri, Ketevan Tsixelaşvili bəyan etdi.

Ketevan Tsixelaşvilinin dediyinə görə, Ququtiankari yaxınlığında işğalçı qüvvələr tərəfindən süni baryerlərin ucaldılması avqustun 7-də qeydə alındı. Rəsmi Tbilisi qaynar xətti bir neçə dəfə işə saldı və XİN beynəlxalq həmdostluğu iş barəsində məlumatlandırdı.

“Hazırda rus işğalçıları tərəfindən əlavə işlər həyata keçirilmir. Ququtiankari yaxınlığında işğalçı qüvvələr tərəfindən süni baryerlərin ucaldılması avqustun 7-də qeydə alındı. Avqustun 7-də günorta qaynar xətt işə düşdü”, – Tsixelaşvili bəyan etdi.

Dövlət naziri hamını bu məsələ üzrə spekulasiyalardan tərəddüd etməyə çağırır.