Ketevan Tsixelaşvili - İşğal şərtlərində gərginliyin və panikanın sünii şəkildə yaradılması qeyri-məqbuldur
Ketevan Tsixelaşvili - İşğal şərtlərində gərginliyin və panikanın sünii şəkildə yaradılması qeyri-məqbuldur

Biz onsuz da ağır işğal vəziyyətindəyik və belə şərtlərdə əlavə gərginlik və provokasiyalarla panika yaratmaq qətiyyən qeyri-məquldur, – bu barədə bəyanatı Barış və Vətəndaş Bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili verdi.

“Hərkəsi yenə bir dəfə maksimal məsuliyyətə çağırıram. Bu məsuliyyətdən nə siyasətçilər, nə medya, nə də aktivistlər azad deyillər. Söhbət Xurvaleti sakinlərinin təhlükəsizliyindən gedir və onsuz da ağır işğal şərtlərində, əhali arasında panika yaratmaq qeyri-məqbuldur” – dedi Ketevan Tsixelaşvili.

Xatırladaq ki, dünən sosiyal şəbəkədə, Xurvaleti kəndinin yaşlılar evinin rəhbəri Lyuda Salia məlumat yaydı ki, rus əsgərləri Gürcüstan tərəfindən nəzarət edilən əraziyə daxil olublar. Daha sonra isə, bütün ölkə miqyasında panika yayıldı.

Yayılan məlumatı Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti təsdiqləmədi.