Ketevan Tsixelaşvili - Qalidə Gürcüstan vətəndaşının ölümü ilə bağlı cinayət işi qaldırılacaq
Ketevan Tsixelaşvili - Qalidə Gürcüstan vətəndaşının ölümü ilə bağlı cinayət işi qaldırılacaq

Qalidə Gürcüstan vətəndaşı İrakli Kvaratsxelianın ölümü ilə bağlı Cenevrə diskussiyasının hər üç həmsədri Suxumidə söhbət etdilər.

Bu barədə bəyanatı jurnalistlərə Barış və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Gürcüstanın Dövlət Naziri Ketevan Tsixelaşvili verdi.

Dövlət Nazirinin dediyinə görə, o Avropa İttifaqının xüsusi nümayəndəsi ilə şəxsən danışdı, hansı ki, Cenevrə diskussiyasının həmsədridir.

Onun dediiynə görə, İrakli Kvaratsxelia de-fakto hökümət tərəfindən həbs edildi və həbs zəmanı suiqəst etdi.

“Belə ağır faktla bağlı spekulyasiyalara başlaya bilməyəcəm. Bütün gərəkən mexanizmləri qoşmuşuq və həqiqətin ortaya çıxması üçün əlimizdən gələni edirik. Digər ehtimallar haqqında danışmaq hələlik məsuliyyətsizlik olar” – dedi Ketevan Tsixelaşvili.

Qalidə De-fakto iqtidar tərəfindən həbs edilən Gürcüstan vəətndaşının ölümü ilə bağlı məlumat bugün Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən yayıldı.