Ketevan Tsixelaşvili - Bugün açıq şəkildə dedim ki, bugün rus əsgərləri Gürcüstan iqtidarı tərəfindən nəzarət edilən ərazidə deyildilər
Ketevan Tsixelaşvili - Bugün açıq şəkildə dedim ki, bugün rus əsgərləri Gürcüstan iqtidarı tərəfindən nəzarət edilən ərazidə deyildilər

Bugün açıq şəkildə başa saldım ki, rus əsgərləri Gürcüstan iqtidarı tərəfindən nəzarət edilən ərazidə deyil, özlərinin nəzarət etdiyi ərazidəydilər – bu bəyanatı Barış və Vətəndaş Bərabərliyi məsələləri üzrə Dövlət Naziri Ketevan Tsixelaşvili jurnalistlərlə söhbət zamanı verdi.

“Bugün kimlərsə məqsədyönlü şəkildə, əhalidə panika yaradan provokasiyalı bəyanatlar yayırdılar. Əlbəttə ki, silahlı rus əsgərlərinin işğal xəttinin yanında görünməsi çox pis bir faktdır, ancaq, orada gürcü hüquqmühafizəçiləri və Avropa İttifaqının Müşahidəçilik missiyasının nümayəndələri də səfərbər olunmuşdular. Rus əsgərləri Gürcüstan iqtidarı tərəfindən nəzarət edilən əraziyə gəlməmişdilər və onların hücum etməsi haqqında və digər dəhşətli məlumatlar yaymaq sadəcə olaraq, onsuzda, möcud olan gərginliyi daha da artırırdı” – dedi Ketevan Tsixelaşvili.

Xatırladaq ki, bugün sosiyal şəbəkədə, Xurvaleti kəndinin yaşlılar evinin rəhbəri Luda Salia məlumat yaydı ki, rus əsgərləri Gürcüstan tərəfindən nəzarət edilən əraziyə daxil olublar.

Yayılan məlumatı Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti təsdiqləmədi.