Ketevan Tsixelaşvili - BMT-nin insan hüquqları rezolyusiyası ən təsirli mexanizmlərdən biridir
Ketevan Tsixelaşvili - BMT-nin insan hüquqları rezolyusiyası ən təsirli mexanizmlərdən biridir

BMT-nin insan hüquqları rezolyusiyası ən təsirli və ən önəmli mexanizmlərdən biridir, çünki beynəlxalq ictimaiyyət requlyar şəkildə, Gürcüstanın işğal altında olan ərazilərində insan hüquqları ilə bağlı vəziyyət haqqında məlumat almalıdır, – bu bəyanatı Barış və Vətəndaş Bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili Cenevrədə BMT insan hüquqları şurası tərəfindən qəbul edilən rezolyuisuya ilə bağlı verdi.

Onun dediyinə görə, Rusiya insan hüquqlarını qorumaq öhdəliyindən azad deyil və bunu ona xatırlatmaq üçün ən gərəkli tribuna məhz BMT-dir.

Xatırladaq ki, martın 22-də BMT-nin insan hüquqları şurası Gürcüstanın işğal edilmiş əraziləri haqqında “Gürcüstanla əməkdaşlıq” adlı rezolyusiya qəbul etdi.

Gürcüstanın Xarici İşlər Nazirliyinin məlumatına görə, rezolyusiyayı insan hüquqları şurasının iclasında Xarici İşlər Nazirinin müavini Laşa Darsalia təqdim etdi.

Martın 22-də qəbul edilən sənəddə narahatçılıq bildirilir ki, regional və beynəlxalq monitorinq mexanizmlərinə Abxaziya və Sxinvali regionlarına daxil olmaq imkanı verilmir.

Rezolyusiyada müraciət edilir ki, BMT-nin Ali Komisarı Ofisinin və digər monitorinq mexanizmlərinin dərhal işğal edilmiş ərazilərə daxil olmaları üçün imkan verilsin.

Şərh yaz