Ketevan Tsixelaşvili - barışa bilmərik ki, Qiqa Otxozoriyanı qətlə yetirən cəzalandırlmamış gəzsin
Ketevan Tsixelaşvili - barışa bilmərik ki, Qiqa Otxozoriyanı qətlə yetirən cəzalandırlmamış gəzsin

Onunla barışa bilmərik ki, Qiqa Otxozoriyanı qətlə yetirən cəzalandırlmamış gəzsin. Nə qədər vaxt lazım gəlsə də, nə qədər səylər lazım gəlsə də, bu məsələ ədalətin icra olunmasına qədər aktual olacaq, – bu barədə Barış və Vətəndaş Bərabərliyi məsələləri üzrə dövlət naziri, Ketevan Tsixelaşvili bəyan etdi.

Tsixelaşvilinin qeyd etdiyinə görə, işğal rejimi tərəfindən Qiqa Otxozoriyanın qətlə yetirilməsindən üç il keçdi və konkret şəxlər hələ də cəzalandırılmayıb.

“Qiqa Otxozoriyanın adı və onun fədakarlığı yadımızdadır və həmişə yadımızda olacaq. Onunla barışa bilmərik ki, Qiqa Otxozoriyanı qətlə yetirən cəzalandırlmamış gəzsin. Nə qədər vaxt lazım gəlsə də, nə qədər səylər lazım gəlsə də, bu məsələ ədalətin icra olunmasına qədər aktual olacaq. Məsuliyyəti isə, işğal rejimi daşıyır. Məhz elə buna görə, Gürcüstan hakimiyyəti Rusiyaya qarşı şikayət daxil etdi”, – nazir bəyan etdi.

Şərh yaz