Kelli Daqnan - Gürcüstan son illərdə böyük tərəqqiyə nail oldu və bir çox iş yenə də görüləsidir
Kelli Daqnan - Gürcüstan son illərdə böyük tərəqqiyə nail oldu və bir çox iş yenə də görüləsidir

Mənim üçün şərəfdir ki, Gürcüstanda ABŞ səfiri kimi xidmət edim, ABŞ və Gürcüstan arasında olan güclü partnyorluğun davam etdirilməsini səbirsizliklə gözləyirəm, – bu barədə Amerika Birləşmiş Ştatlarının səfiri Kelli Deqnan Tbilisiyə gəldikdən sonra bəyan etdi.

Onun dediyinə görə, Gürcüstan son illərdə böyük tərəqqiyə nail oldu və bir çox iş yenə də görüləsidir.

“Salam, sevinirəm ki, nəhayət gəldim. Mənim üçün şərəfdir ki, Gürcüstanda ABŞ səfiri kimi xidmət edim. ABŞ və Gürcüstan arasında olan güclü partnyorluğun davam etdirilməsini səbirsizliklə gözləyirəm. Demək olar 30 ildir, biz birlikdə işləyirik ki, Gürcüstana demokratik institutların və proseslərin qurulmasında, iqtisadiyyatın diversifikasiyasında, təhsil və səhiyyənin yaxşılaşdırılmasında və öz sərhəd və vətəndaşlarının müdafiəsi qabliyyətinin yaxşılaşdırılmasında yardım edək. Düşünürəm, Gürcüstan son illərdə böyük tərəqqiyə nail oldu və bir çox iş yenə də görüləsidir”, – Kelli dqanan bəyan etdi.

Amerika Birləşmiş Ştatlarının yeni səfiri Kelli Deqnan Tbilisyə bu gün gəldi.