Keçən ilin noyabr ayı ilə müqayisədə, istehlak qiymətləri Gürcüstanda yeddi faiz ilə artdı
Keçən ilin noyabr ayı ilə müqayisədə, istehlak qiymətləri Gürcüstanda yeddi faiz ilə artdı

Keçən ilin noyabr ayı ilə müqayisədə, istehlak qiymətləri Gürcüstanda yeddi faiz ilə artdı. 2017-ci ilin iyun ayından sonra illik inflyasiya səviyyəsi maksimaldır.

Bununla yanaşı “Sakstatın” məlumatına görə, oktyabr ayı ilə müqayisədə, inflyasiya səviyyəsi noyabrda 0.9 faizi təşkil etdi.

Eyni dövrdə təmbəkini nəzərə almadan, inflyasiya göstəricisi oktyabr ayı ilə müqayisədə, 0.8 faizi təşkil etdi, keçən ilin müvafiq ayı ilə müqayisədə isə, istehlak qiymətlərinin 6.3 faizlik artımı qeydə alındı.

Əsas inflyasiyaya gəldikdə isə, qeyd olunan göstərici 2019-cu ilin noyabr ayında, keçən ilin müvafiq ayı ilə müqayisədə, 4.9 faizi təşkil etdi.

Milli Bank tərəfindən müəyyənləşdirilmiş inflyasiyanın məqsədyönlü göstəricisi üç faizdir. İdarədə güman edirlər ki, iflyasiya səviyyəsi azalmağa gələn ilin yazından başlayacaq.