"KazTransQaz-Tbilisi" Didi Diğomidə baş verən faciə ilə bağlı bəyanat yayır
"KazTransQaz-Tbilisi" Didi Diğomidə baş verən faciə ilə bağlı bəyanat yayır

“KazTransQaz-Tbilisi” şirkəti 2019-cu ilin yanvarın 16-da, Didi Diğomidə baş verən faciə ilə bağlı bəyanat yayır.

Şirkət bəyan edir ki, inşaat şirkəti “EL Qrup” onlara yaşayış binasına təbii qazın çəkilməsi məqsədi ilə, 2017-ci ilin sentyabrın 12-də müraciət etdi və qeyd olunan binaya təbii qazın çəkilməsi dekabr ayından mərhələ şəklində başladı.

“KazTransQaz-Tbilisi”-nin bəyanatına görə, partlayışın baş verdiyi 49-cu mənzilə təbii qaz 2018-ci ilin fevralın 22-də, müvafiq qaydaların qorunması ilə çəkilib. 

Şirkətin bəyanatına görə, 2019-cu ilin yanvarın 16-da, şirkətə Didi Diğomidə, Avtandil küçəsindəki N8 binada qaz iyisinin olduğu barədə məlumat daxil edildi.

“Müvafiq xəbər alındıqdan sonra, kvalifikasiyalı mütəxəssislər qrupu, qeyd olunan binayı və onun ərazisini „GASURVEYOR 3-500“ aparatı ilə yoxladılar və detektor qaz sızmasını göstərmədi.

Yoxlanış haqqında şirkət tərəfindən müvafiq akt da tərtib olunub.

“Partlayışın səbəbi bu mərhələdə bizim üçün də naməlumdur. Qeyd etmək istəyirik ki, faciəyə səbəb olan faktorların öyrənilməsi üçün MMC “KazTransQaz-Tbilisi” istintaqla sıx əməkdaşlıq edir” – deyilir şirkətin bəyanatında.