Kaupo Kandi - Avqust müharibəsinin istintaqı aktiv fazadadır
Kaupo Kandi - Avqust müharibəsinin istintaqı aktiv fazadadır

Haaqa Məhkəməsinin Gürcüstan nümayəndəliyinin rəhbəri bəyan edir ki, 2008-ci ilin Gürcüstan-Rusiya müharibəsinin istintaqı fəal fazadadır, ancaq konfidensiallıqdan irəli gələrək, işin təfərrüatları barədə ictimaiyyətə verilə biləcək məlumat məhdudlaşdırılıb.

“İstintaqla bağlı Gürcüstana müstəntiqlər gəlirlər, ancaq prosesin gedişatı konfidensialdır. Bu proses vaxt tələb edir və bu müddətin nə qədər uzanacağı hələlik məlum deyil. Biz Gürcüstan nümayəndəliyi olaraq, istintaqın sadəcə inzibati tərəfində yardım edirik. Yəni neytral tərəfik və sadəcə olaraq, medyaya prosesdən nələrin gözlənə biləcəyi barədə qısa məlumat verə bilərik” – dedi Qaupo Kandi.