Karl Hartsel - ümid edirik ki, siyasi partiyalar arasında nail olunan razılaşma depolarizasiya prosesinin başlanğıcı olacaq
Karl Hartsel - ümid edirik ki, siyasi partiyalar arasında nail olunan razılaşma depolarizasiya prosesinin başlanğıcı olacaq

Ümid edirik ki, siyasi partiyalar arasında nail olunan razılaşma depolarizasiya prosesinin başlanğıcı olacaq, – bu barədə Gürcüstanda Avropa İttifaqının səfiri, Karl Hartsel müxalifət və hakimiyyət nümayəndələri arasında diplomatların iştirakı ilə keçirilən danışıqların başa çatmasından sonra bəyan etdi.

Onun dediyinə görə, siyasi partiyalar arasında nail olunmuş razılaşma gələcək seçkilər üçün həlledicidir.

Hakim komanda və müxalifət 120/30 modeli, birpartiyalı seçki və çoxluğun komplektləşdirilməsi üçün 40 faizlik baryer üzrə razılaşdılar.