Karl Hartsel jurnalistikada Avropa İttifaqının 2020-ci ilin mükafatının əldə edilməsi üçün müsabiqə elan etdi
Karl Hartsel jurnalistikada Avropa İttifaqının 2020-ci ilin mükafatının əldə edilməsi üçün müsabiqə elan etdi

Bu gün, dünya mətbuat azadlığı günündə, jurnalistikada Avropa İttifaqının 2020-ci ilin mükafatının əldə edilməsi üçün doqquzuncu müsabiqəni elan etmək istəyirik, – bu barədə Avropa İttifaqının Gürcüstandakı səfiri, Karl Hartsel bəyan etdi.

“Müsabiqənin məqsədi jurnalistika etikasının, peşəkarlığın və keyfiyyətinin yüskək standartlarının tədbiq olunması, həvəsləndirilməsi və müvafiq dəyərləndirilməsidir. Ötən il qeyri-adi jurnalistika əsərlərini mükafatladırdım. Ümid edirəm və inanıram ki, müsabiqənin bu ilki iştirakçıları, ötən ilin nailiyyətlərini daha da yaxşılaşdıracaqlar”, – Hartsel bəyan edir.

Avropa İttifaqının Gürcüstandakı nümayəndəliyinin məlumatına görə, 2012-ci ildə təsis olunan jurnalistika üzrə Avropa İttifaqının mükafatı gürcü mediasında peşəkarlığın və jurnalistika etikası məcəlləsi normalarının dərinləşdirilməsinə imkanlar yaradır.

Elə onların məlumatına görə, Avropa İttifaqının mükafatı bu il yeddi kateqoriyada veriləcək: Çap və ya elektron mediasında ən yaxşı məqalə; ən yaxşı süjet; ən yaxşı istintaq məsqaləsi və süjeti; ən yaxşı bloq; ən orijinal və innovasiya əsəri; Avropa İttifaqının dəyərlərini əks etdirən ən yaxşı sənədli foto; münaqişələrə qarşı sensitiv ən yaxşı jurnlalistika əsəri.

Müsabiqə əsərlərinin təqdim edilməsi qaydalarını qarşıdakı saytda görə bilərsiniz: https://www.euprizejournalism.ge/ge/rules.

“İlk altı kateqoriyada hər bir qalib 1 500 avro miqdarında pul mükafatı alacaq.

Müsabiqə əsərlərinin təqdim edilməsinin son müddəti 2020-ci ilin 15 dekabrıdır.

Ərizə formasını, əsərlərin təqdim olunması qaydaları və son müddətlərini qarşıdakı saytda örə bilərsiniz: www.euprizejournalism.ge

Əlavə məlumat üçün əlaqə saxlayın [email protected]”, – Avropa İttifaqının Gürcüstandakı nümayəndəliyinin məlumatında deyilir.