Karl Hartsel - Biz Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü, kiminlə əməkdaşlıq edəcəyini seçmək hüququnu dəstəkləyirik
Karl Hartsel - Biz Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü, kiminlə əməkdaşlıq edəcəyini seçmək hüququnu dəstəkləyirik

“Biz Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü, onun kiminlə əməkdaşlıq edəcəyini seçmək hüququnu dəstəkləyirik”, – Aİ-nin Gürcüstandakı səfiri Karl Hartsel jurnalistlərə deyib.

“Mən NATO-nun nümayəndəsi deyiləm və NATO adından danışa bilmərəm. Avropa İttifaqının nümayəndəsi kimi deyə bilərəm ki, biz Gürcüstanın suverenliyini, ərazi bütövlüyünü, əməkdaşlığını seçmək hüququnu dəstəkləyirik. Bu, müasir Avropa təhlükəsizliyinə rəhbərlik edən əsas prinsipdir. Biz amerikalı, NATO və ATƏT-dəki tərəfdaşlarımızla birlikdə bu prinsipə sadiqik.

Biz Avropa İttifaqı adından hərbi müdaxilə və ya sabitliyin pozulması halında sərt mövqe tutmağa hazır olduğumuzu bildirdik. Ümid edirik ki, ən qısa müddətdə mövcud gərgin vəziyyəti aradan qaldıra biləcəyik, – Karl Hartsel jurnalistlərə açıqlamasında deyib