Karelidə qaçqınların yaşadığı binada baş verən partlayış nəticəsində bir nəfər zərər gördü
Karelidə qaçqınların yaşadığı binada baş verən partlayış nəticəsində bir nəfər zərər gördü

Karelidə, Vaja-Pşavela küçəsində, qaçqınların yaşadığı binada baş verən partlayış nəticəsində bir nəfər zərər gördü.

Fövqəladə hallar xidməti idarəsinin Birinci Kanala verdiyi məlumata görə, partlayışın səbəbi təbii qazın, sızması olub.

Yüngül xəsarət alan bir nəfər dərhal xəstəxanaya aparılıb.

Binada yaşayan qaçqınlar isə, daha təhlükəsiz bir yerə köçürülüblər.

Hadisə yerində polis işləyir.