Kaxetidə insan yaralama faktı ilə bağlı bir nəfər həbs edilib
Kaxetidə insan yaralama faktı ilə bağlı bir nəfər həbs edilib

Daxili İşlər Nazirliyinin Kaxeti Polis Departamentinin əməkdaşları həyata keçirdikləri operativ-istintaq əməliyyatı nəticəsində, insan sağlığına qəsdlə zərər vermək ittihamı ilə 1 nəfəri – 1982-ci ili təvəllüdlü Q.Cı-yı həbs etdilər.

Bu haqda məlumatı Daxili İşlər Nazirliyi yayır.

İstintaq nəticəsində məlum oldu ki, ittiham edilən şəxs sözlü münaqişə nəticəsində, 1997-ci ili təvəllüdlü Q.Ç və 1994-cü il təvəllüdlü M.Ç-yı soyuq silahla yaraladı.

Yaralananlar xəstəxanaya yerləşdiriliblər.

Qeyd olunan cinayət 7-dən 13 ilə qədər həbs cəzasını nəzərdə tutur – deyilir Daxili İşlər Nazirliyinin məlumatında.