Kaxetidə güclü yağışlara görə, çaylar məcrasından çıxdı

Kaxetidə güclü yağışlara görə, çaylar və dərələr məcrasından çıxdı. Təbii fəlakət Siğnaği munisipalitetinin bir neçə kəndinə ziyan vurdu.

Siğnaği munisipalitetinin meri, Qoqi Qoqilaşvilinin Birinci Kanala bəyan etdiyinə görə, yağış daxili məhəllə yollarına ziyan vurdu.

Təbii fəlakət nəticəsində Laqodexi munisipalitetinin Heretiskari kəndinə də ziyan dəydi.