Kaxeti şossesinin 12-ci kilometrində yerləşən körpünün reabilitasiyası həyata keçirilir
Kaxeti şossesinin 12-ci kilometrində yerləşən körpünün reabilitasiyası həyata keçirilir

Tbilisi meri, Kaxa Kaladze Kaxeti şossesinin 12-ci kilometrində yerləşən körpünün reabilitasiyası işlərini gözdən keçirdi. Onun dediyinə görə, layihə aprelin sonuna kimi başa çatacaq və ikitərəfli hərəkət mümkün olacaq.

“Praktiki olaraq yeni körpü tikildi. Bu aeroporta gedən yoldur və reabilitasiya işlərini ötən il həyata keçirdirk. Yeni yol infrastrukturu inşa edildi, öz işiqlandırması ilə. Yalnız bu hissə qalmışdı, bunun altından dəmir yolu maqistralı keçir və bu işlərin həyata keçirilməsi ilə bağlı müəyyən əngəllərimiz var idi. Layihə aprelin sonuna kimi başa çatacaq və ikitərəfli hərəkət mümkün olacaq. Çox yaxşı layihədir və düşünürəm strateji əhəmiyyətli yoldur. Aeroporta gələn turistlər şəhərə bu yol ilə daxil olurlar və bunların hamısının səhmana salınması əhəmiyyətli idi”, – Kaxa Kaladze bəyan etdi.

Tbilisi Meriyasının məlumatına görə, layihənin dəyəri 1 328 000 larini təşkil edir. İşlər 2020-ci ilin oktyabrında  başladı və aprelin sonunda başa çatacaq.