Kaxa Kemoklidze - Erqneti görüşünü etiraz olaraq, tərk etdik
Kaxa Kemoklidze - Erqneti görüşünü etiraz olaraq, tərk etdik

Erqnetidə insindentin prevensiyası və onlara reaksiya mexanizmi çərçivəsində keçirilən işguzar görüşü Dövlət Təhlükəsizliyi Xidmətinin analitik departamentinin rəhbərinin müavini Kaxa Kemoklidze etiraz olaraq, tərk etdi. 

Kemoklidze bəyan etdi ki, görüşdə iki əsəs məsələ müzakirə olunurdu, – Arçil Tatunaşvilinin cəsədinin gətirilməsi və Sxinvalidə həbs edilən digər iki vətəndaşın azad edilməsi.

Çox ağır görüş keçirildi. Saat yarımlıq diskussiyadan sonra, heç bir suala cavab ala bilmədik. Sonunda iclası tərk etməli olduq. Qarşı tərəf Tatunaşvilinin cəsədinin nə zaman ailəsinə qaytarılacağı barədə suala konkret cavab verə bilmir. Onlar bəyan edirlər ki, Rusiyanın ekspert bürosunun qərarını gözləyirlər. Təbii ki, bu qeyriməqbuldur ona görə də, bugünki görüşü tərk etməli olduq” – dedi Kaxa Kemoklidze.