Kaxa Kaladze yollarda yaranmış narahatlığa görə, əhalidən üzr istəyir və bəyan edir ki, əsas işlər sentyabrın 15-də başa çatacaq
Kaxa Kaladze yollarda yaranmış narahatlığa görə, əhalidən üzr istəyir və bəyan edir ki, əsas işlər sentyabrın 15-də başa çatacaq

Tbilisi meri, Kaxa Kaladze paytaxtın bu günki hökumət iclasında infrastruktur layihələrinin həyata keçirilməsinə görə yaranan narahatlıq üçün əhalidən üzr istədi və bəyan etdi ki, əsas işlər sentyabrın 15-də başa çatacaq.

Kaladzenin bəyan etdiyinə görə, şəhərdə bu miqyasda infrastruktur layihəsi heç bir zaman həyata keçirilməyib.

“Şəhərdə həyata keçirilən infrastruktur layihələr çox əhəmiyyətlidir. Səmimi olaraq deyə bilərəm ki, şəhərdə bu miqyasda infrastruktur layihəsi heç bir zaman həyata keçirilməyib. Seçkiqabağı da deyirdim, bu dörd il ərzində o qədər işləməliyik ki, etdiklərimiz gözə çarpsın. Sözsüz ki, hərəkət baxımından diskomfort mövcuddur. Bir daha əhalidən üzr istəyirəm və səbirli olmalarını xahiş edirəm. Sentyabrın 15-də əsas işlər artıq başa çatacaq”, – Kaxa Kaladze bəyan etdi.