Kaxa Kaladze - vətəndaşlar maskasız yolçuluğa cəhd etsələr, avtobus tərpənməyəck və polis çağırılacaq
Kaxa Kaladze - vətəndaşlar maskasız yolçuluğa cəhd etsələr, avtobus tərpənməyəck və polis çağırılacaq

Tbilisi meri, Kaxa Kaladzenin bəyan etdiyinə görə, ictimai nəqliyyatın işə düşməsi ilə bağlı tam hazırlıq mövcuddur.

Elə onun dediyinə görə, ictimai nəqliyyatda maskanın istifadəsi çox önəmlidir.

“Requlasiyalara gəldikdə, bu barədə baş nazir də danışdı, çox önəmlidir ki, ictimai nəqliyyatda, necə metorda, eləcə də avtobus və mikroavtobusda maskadan istifadə edək. Nəzarət, buna qədər olduğu kimi olacaq. Vətəndaşlar maskasız yolçuluğa cəhd etsələr, avtobus tərpənməyəck və polis çağırılacaq”, – Kaxa Kaladze bəyan etdi.

Xatırladaq ki, bazar ertəsindən, 8 fevraldan Gürcüstanda tam miqyasla munisipal nəqliyyat işini bərpa edəcək.

Tbilisidə avtobuslar, mikroavtobuslar və metro saat 21:0-a qədər işləyəcəklər. Şənbə-bazar günü isə, işləməyəcəklər.

Şərh yaz