Kaxa Kaladze tikinti-developer şirkətləri ilə onlayn-görüş keçirdi
Kaxa Kaladze tikinti-developer şirkətləri ilə onlayn-görüş keçirdi

Tbilisi meri, Kaxa Kaladze müavinləri ilə birlikdə tikinti-developer şirkətləri nümayəndələri ilə onlayn-görüş keçirdi.

Paytaxt meriyasının məlumatına görə, görüşün məqsədi koronavirus pandemiyası və ölkədə yaranan fövqəladə vəziyyət şəraitində tikinti biznesinə hansı problemlərin yaranmasını aydınlaşdırmaq idi.

30-dan artıq tikinti şirkətinin nümayəndəsinin iştirak etdiyi görüş, sual-cavab rejimində keçirildi.

Kaxa Kaladze developerlərə dövlət tərəfindən maksimal yardımın göstərilməsini bəyan etdi.